Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Daşıma sahəsində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinə dəstək məqsədilə sənəd imzalanıb 22.12.23
Daşıma sahəsində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinə dəstək məqsədilə sənəd imzalanıb

KOBİA, Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyi, AGTL və KOB Xarici İqtisadi Fəaliyyətinə Dəstək Operatoru Azərbaycan və Türkiyə arasında beynəlxalq daşımalar üzrə əməkdaşlığın genişləndirilməsinə dəstək məqsədilə Anlaşma Memorandumu imzalayıblar.

 

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyi, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası (AGTL) və KOB Xarici İqtisadi Fəaliyyətinə Dəstək Operatoru (XİFDO) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.


Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin vitse prezidenti Fatih Şener, XİFDO-nun icraçı direktoru Kamran Həbibov, AGTL-in icraçı direktoru Vüsal Qasımov imzalayıblar. 


Anlaşma Memorandumu Azərbaycan və Türkiyə arasında beynəlxalq yük daşımaları üzrə əməkdaşlığın genişləndirilməsini, bu istiqamətdə əlaqəli məsələlərə birgə dəstəyi, eləcə də hər iki ölkənin daşıyıcılarının və KOB-ların xarici iqtisadi fəaliyyətinə köməyi nəzərdə tutur. 


İmzalanma mərasimi çərçivəsində həmçinin tərəflər arasında görüş keçirilib, müvafiq Anlaşma Memorandumundan irəli gələn məsələlər və əməkdaşlıq imkanları müzakirə edilib. 

 

Powered by Froala Editor