Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck" KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır
Dövlət özəl sektor tərəfdaşlığına dair Türkiyəyə təcrübə səfəri təşkil olunub 04.10.21
Dövlət özəl sektor tərəfdaşlığına dair Türkiyəyə təcrübə səfəri təşkil olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı (DÖST) Kamillik Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, səhiyyə sektorunda DÖST layihələrinin həyata keçirilməsi üzrə Türkiyə təcrübəsinin öyrənilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirə olunması məqsədilə KOBİA və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri Türkiyəyə səfər ediblər. 

 

Oktyabrın 4-də İstanbulda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və İstanbul PPP Mərkəzinin rəhbəri Eyup Vural arasında dövlət-özəl sektor tərəfdaşlığına dair görüş keçirilib. Tədbirdə səhiyyə sektorunda DÖST layihələrinin tətbiqinə, bu sahədə Türkiyə təcrübəsinə, KOBİA-nın DÖST modelinin müxtəlif sektorlarda tətbiqinə dair gördüyü işlərə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Həmçinin səfər zamanı nümayəndə heyəti DÖST modeli əsasında qurulmuş bir sıra xəstəxanlarda olacaqlar.  

 

Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İBF Forumunun (International Business Forum) prezidenti Erol Yarar ilə görüşüb. Görüşdə Agentlik və İBF arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, eləcə də bu ilin noyabrında Bakıda keçiriləcək İBF forumuna hazırlıq tədbirləri müzakirə edilib.  

 

KOBİA nümayəndələri həmçinin, İstanbulda müalicə olunan qazilərimizi ziyarət ediblər.  

Powered by Froala Editor