Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"AIM Congress"in Startap Yarışmasının Milli Turuna qeydiyyat başladı! 2024-cü ildə KOB-ların 41 layihəsinin maliyyələşdirilməsinə 714 min manat həcmində qrant ayrılıb Şabran sahibkarları ilə müzakirələr aparılıb İnnovativ startapların böyük hədəfləri KOB-ların fəaliyyətində yaşıl və rəqəmsal texnologiyaların tətbiqi təşviq ediləcək - Orxan Məmmədovla EKSKLÜZİV MÜSAHİBƏ Qobustan rayonunda sahibkarlarla görüş keçirilib İnsan İnkişafı Forumu keçirilib Qiymətli kağızlar bazarının inkişafı və bu sahədə KOB-lar üçün imkanlara dair ictimai müzakirə təşkil olunub KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb
Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində KOB-larla görüşlər keçirilir 04.02.21
Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində KOB-larla görüşlər keçirilir

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin çətinliklərinin və ehtiyaclarının öyrənilməsi, təkliflərinin dinlənilməsi və müvafiq qurumlara çatdırılması məqsədilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində sahibkarlarla sahəvi görüşlər davam etdirilir.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təkcə yanvar ayında 20-dən çox rayon və şəhər üzrə 350-yə yaxın sahibkarın, eləcə də aidiyyəti qurumların iştirakı ilə sahəvi görüşlər təşkil edilib.

 

Turizm və ictimai iaşə sektorunun sahibkarları ilə keçirilmiş onlayn görüşlərdə pandemiya səbəbindən bu sahələrdə yaranmış çətinliklər, göstərilən dövlət dəstəyi və müxtəlif güzəştlərin tətbiqi imkanları, maliyyə resurslarına çıxış, regionların turizm üzrə yol xəritələrinin tərtibi, aqro-turizmin inkişafı, turizm xidmətləri təklif edən onlayn platformaların yaradılması kimi məsələlər aidiyyəti qurumların və biznes assosiasiyaların iştirakı ilə müzakirə edilib.

 

Saatlı rayonundan olan 40-a yaxın arıçı ilə təşkil edilmiş görüşdə bu sahədə qablaşdırma müəssisəsinin yaradılması, satış və brendləşdirmə, biyan balı istehsalı və biyan bitkisinin artırılması üçün müvafiq sahələrin ayrılması, laborator mərkəzlərin sayının çoxaldılması, ixrac, bal məhsuluna qida rasionunda daha çox yer verilməsi və sektorla bağlı digər məsələlər barədə fikir mübadiləsi aparılıb, müvafiq qurumların nümayəndələri tərəfindən sahibkarların sualları cavablandırılıb. 

 

Qida, istixana təsərrüfatı, barama, pambıq və polietilen paketlərin istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar və ixracatçı şirkətlərlə keçirilmiş sahəvi görüşlərdə isə müvafiq olaraq, istixanalarda yetişdirilən məhsulların satış bazarlarına çıxarılması, ixracla bağlı yaranan çətinliklər, istixanalarda məhsulun istehsalına çəkilən xərcin azaldılması yolları, baramanın saxlanılması üçün yerlər və yem bazası, pambıq bitkisinin gövdəsindən mebel sənayesində yarımfabrikat kimi istifadə, polietilen paketlərin istehsalı ilə bağlı qanunvericiliyə edilmiş sonuncu dəyişikliklər və milli standartların tətbiqi kimi məsələlər müzakirə edilib.

 

KOBİA-nın “KOB Dostu” şəbəkəsi vasitəsilə növbəti aylarda da dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində regionlar üzrə KOB subyektləri ilə sahəvi görüşlərin keçirilməsi davam etdiriləcəkdir.

Powered by Froala Editor