Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sosial sahibkarlığa dair təlim keçirilib Qazaxıstan sahibkarları Azərbaycanda biznes subyektlərinə göstərilən dəstək tədbirləri barədə məlumatlandırılıb “KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Göyçayda ELAN Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə özəl sektor da dəstək göstərir AQEM yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub KOBİA və Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüs heyəti arasında görüş keçirilib Yaşıl iqtisadiyyata keçiddə KOB-ların rolu
“E-KOB evi” sahibkarlığın inkişafına xüsusi təkan verəcək 17.08.21
“E-KOB evi” sahibkarlığın inkişafına xüsusi təkan verəcək

Ölkə başçısının 9 avqust tarixli fərmanı ilə “e-KOB evi” portalı haqqında Əsasnamə təsdiq edilmişdir. 

 

Portal sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün normativ hüquqi aktlarda nəzərdə tutulan sənədlər, ödəniləcək vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.) mərkəzləşdirilmiş qaydada əldə edilməsinin asanlaşdırılmasını və digər zəruri xidmətlərin göstərilməsini təmin edir.

 

Portalın fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu sahibkarlıq üçün yeni imkanlar yardır. Portalın fəaliyyətinin “bir pəncərə” prinsipi əsasında təşkili, ondan rahat və əlavə əməliyyatlar aparılmadan istifadə edilməsi ictimaiyyət tərəfindən müsbət dəyərləndirilir.

 

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, “e-KOB evi”inin yaradılması sahibkarların dövlət qurumları ilə intensiv elektron əlaqələrinin qurulması baxımından vacib qərardır.

 

“E-KOB evi”nin əsas prinsipi həm hökumət və biznes arasındakı münasibətlərin, həm də bizneslərarası münasibətlərin formalaşdırılmasını və genişləndirilməsini əhatə edir. “E-KOB evi” vasitəsilə sahibkarlar dövlət xidmətlərinə elektron formada müraciət edə biləcəklər və portal müraciətin daha sistemli şəkildə həyata keçməsinə imkan verəcək.

 

“E-KOB evi” Azərbaycanda sahibkarlarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına xüsusi təkan verəcək, elektron xidmətlərin miqyasının və əhatə dairəsinin genişləndirilməsinə və dərinləşməsinə imkan verəcək.


https://vergiler.az/news/economy/14323.html


Powered by Froala Editor