Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"Şəhərsalma iqtisadi katalizator kimi” mövzusunda interaktiv sessiya keçirilib KOBİA və SEBRAE qadın sahibkarlığına dair müzakirələr aparıb İnnovasiya və startap müsabiqəsi: 57 ölkədən startapçılar Bakıda bir araya gəlir Hər bir biznes fəaliyyəti üçün dövlətdən lisenziya alınmalıdır? KOB-ların satış imkanlarını genişləndirən dəstək alətləri Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur! Hansı strateji sahələrə investisiya təşviqi sənədi verilir? Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib Asiya İnkişaf Bankının nümayəndələri “Bakı KOB evi”ndə olub Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun növbəti iclası keçirilib 26.12.23
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində fəaliyyət göstərən Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun iclasında Azərbaycanda ESG prinsipləri üzrə məlumatlıq səviyyəsinə dair sorğunun nəticələri açıqlanıb.

Dekabrın 25-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib.

Onlayn formatda təşkil olunmuş iclasda dövlət qurumlarının, eləcə də bir sıra ictimai birliklərin və məsləhətçi şirkətlərin nümayəndələri iştirak ediblər.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azәrbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasәt vә sәnaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev və ESG standartları üzrə alt-qrupun rəhbəri, KOBİA-nın İdarə Heyətinin sədrinin birinci müavini Natiq Həsənov alt-qrup çərçivəsində 2023-cü ildə görülmüş işlərə və qarşıdakı vəzifələrə dair fikirlərini bölüşüblər. Qeyd edilib ki, 2023-cü ildə Azərbaycanda ESG prinipləri üzrə məlumatlıq səviyyəsinə dair sorğu keçirilib, KOBİA-nın əlaqələndiricisi olduğu Almaniya-Azərbaycan Birgə Proqramı çərçivəsində yerli sahibkar və menecərlər müvafiq sahə üzrə beynəlxalq təlimdə iştirak ediblər.

İclasda ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol Xəritəsinin icrası sahəsində görülmüş tədbirlərə, Azərbaycanda ESG prinipləri üzrə məlumatlıq səviyyəsinə dair aparılmış sorğunun nəticələri haqqında təqdimatlar keçirilib, növbəti il üçün fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılıb. Həmçinin iclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi nəzərə alınaraq ESG standartları üzrə alt-qrup çərçivəsində də müvafiq tədbirlərin görülməsi, qrup üzvlərinin bununla bağlı təkliflərinin nəzərdən keçirilməsi də qeyd edilib.

Powered by Froala Editor