Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun növbəti iclası keçirilib 23.04.24
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun növbəti iclası keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun iclasında ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2024-cü il üçün Yol Xəritəsinin icrasının təşkili və qarşıda duran vəzifələr müzakirə edilib.

Aprelin 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib.

Onlayn formatda təşkil olunmuş iclasda dövlət qurumlarının, eləcə də bir sıra ictimai birliklərin, yerli və beynəlxalq məsləhətçi şirkətlərin nümayəndələri iştirak ediblər.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azәrbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasәt vә sәnaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev və ESG standartları üzrə alt-qrupun rəhbəri, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov alt-qrup çərçivəsində qarşıdakı dövr üzrə fəaliyyət istiqamətlərinə dair fikirlərini bölüşüblər.

İclasda ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2024-cü il üçün Yol Xəritəsi üzrə görülmüş işlərə, ESG üzrə qlobal trendlər və milli kontekstdə inkişaf məsələlərinə, ESG prinsiplərinin tətbiqi imkanlarına və qarşıda duran prioritetlərə dair təqdimatlar edilib və müzakirələr aparılıb.

Powered by Froala Editor