Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib 29.11.24
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib

Alt-qrupun 2025-ci il üzrə Yol Xəritəsində ESG üzrə həyata keçirilən təşəbbüslərin davam etdirilməsi, bu sahədə məlumatlığın artırılması, milli standartın təbliği, ESG üzrə vahid platformadan istifadə səviyyəsinin yüksəldilməsi məsələləri nəzərə alınacaqdır. 

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib.

Onlayn formatda təşkil olunmuş iclasda alt-qrupda təmsil olunan 30-a yaxın dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət vә sənaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev və ESG standartları üzrə alt-qrupun rəhbəri, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov alt-qrup çərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər. Qeyd edilib ki, 2024-cü ildə ESG üzrə milli standart qəbul edilib, vahid platforma – www.esghub.az istifadəyə verilib və Bakıda keçirilmiş COP29 çərçivəsində portal geniş ictimaiyyətə təqdim olunub.

Alt-qrupun bir sıra iclasları keçirilib, eyni zamanda ESG üzrə konfrans təşkil olunub. İclasda həmçinin, ESG üzrə vahid platformanın effektiv idarə olunmasına dair təqdimat keçirilib, alt-qrupun 2025-ci il üçün Yol Xəritəsinə dair fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, növbəti il üzrə alt-qrupun Yol Xəritəsində ESG üzrə həyata keçirilən təşəbbüslərin davam etdirilməsi, bu sahədə məlumatlığın artırılması, milli standartın təbliği və tətbiqinin genişləndirilməsi, ESG üzrə vahid platformanın inkişaf etdirilməsi və bu portaldan istifadə səviyyəsinin yüksəldilməsi, ESG üzrə hesabatlıq və təşviq mexanizmlərinin hazırlanması məsələləri nəzərə alınacaqdır. 

Powered by Froala Editor