Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İxracla məşğul olan sahibkarlar üçün növbəti təlim tərəfdaşlarla işə həsr olunub ELAN Bakı Enerji Həftəsində KOBİA tərəfindən KOB-ların yaşıl iqtisadiyyata keçidi və Bakı İqlim Bəyannaməsi təşviq olunur “İnsan İnkişafı Fokusunda: MeetUp” adlı görüş keçirilib Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Yaşıl nəqliyyat biznesi ilə bağlı ictimai müzakirə təşkil olunub AQEM Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu Biznes Forumu barədə video material Regionlarda sahibkarlıq fəaliyyəti üçün imkanlar: KOB evləri, KOB dostları, KOB inkişaf mərkəzləri “Yerli şirkətlərin tanıtım sərgisi” başlayır İdxal-ixracla məşğul olan sahibkarlarla görüş keçirilib
ELAN 03.06.25
ELAN

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) enerji idarəçisi (meneceri) və “Xaçmaz KOB evi”nin İnformasiya texnologiyaları üzrə böyük mütəxəssisi vəzifələri üzrə işə qəbul elan edir. Vakant vəzifələr üzrə əmək funksiyaları aşağıdakı kimidir:

 

Enerji idarəçisi (meneceri) vəzifəsi üzrə əmək funksiyaları:

 

Enerji istehlak edən qurğu və avadanlığa texniki xidmətin və enerji səmərəliliyinin monitorinqini aparmaq və təkliflər hazırlamaq;

Agentliyin inzibati binalarında enerji istehlakının monitorinqini aparmaq və hesabatlar hazırlamaq;

Enerji istehlakının monitorinqinin həyata keçirilməsi üçün ölçmə vasitələrinin işlək vəziyyətdə olmasına nəzarət etmək, onların təmiri və ya yenisi ilə əvəz edilməsinə dair tədbirlər görmək;

Enerji istehlak edən sistemlər, qurğular, avadanlıqlar üzrə tələb olunan modifikasiyaları həyata keçirmək və onların tətbiqini koordinasiya etmək;

Enerji istehlakı vərdişlərinin dəyişdirilməsi üçün tədbirlər görmək və nəticədə enerji qənaətini təmin etmək;

Enerji istehlakı nəticəsində yaranan tullantılardan istifadə ilə bağlı təkliflər vermək;

Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə Agentliyin işçi heyətinin təlimi üçün tədbirlər görmək;

Bərpa olunan enerji mənbələrinin tətbiqi imkanlarını araşdırmaq və inkişaf etdirmək;

Agentliyin rəhbərliyinə texniki və praktiki tövsiyələr vermək.

  

Namizədə dair tələblər:

 

Ali təhsil tələbi: Energetika və texniki sahələr üzrə ali təhsil;

3 il müvafiq ixtisas üzrə iş stajı;

Agentliyin strukturu, nizamnaməsi və fəaliyyət istiqamətləri haqqında məlumatlı olmalı.

 

Vakant vəzifələrə dair şərtlər: 

 

Tam iş günü, iş qrafiki I-V günlər. 

 

İnformasiya texnologiyaları üzrə baş mütəxəssis vəzifəsi üzrə əmək funksiyaları:

 

Noutbuk, masaüstü kompüterlər, printerlər və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması, yüklənməsini və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək;

Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqi;

Daxil olmuş sorğularının vaxtında və düzgün həll edilməsini təmin etmək;

Daxil olan rəyləri və təklifləri müvafiq komanda üzvlərinə yönəltmək;

Aidiyyəti üzrə verilən əlavə tapşırıqları icra etmək.

 

Namizədə dair tələblər:

 

Ali təhsil tələbi: İdarəetmə ixtisasları qrupu; Humanitar, sosial və texniki ixtisaslar qrupu üzrə ali təhsil;

PC və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı;

Əsas texniki problemləri təyin etmək və həll etmək bacarığı;

Windows əməliyyat sistemində işləmə bacarığı;

- Microsoft Office proqramlarından istifadə təcrübəsi;

- Windows Server, Active Directory və Group Policy anlayışının olması;

Router, Sviç və şəbəkə təhlükəsizliyi avadanlıqları, İP telefoniya sistemi, elektron poçt server sistemləri, Antivirus sistemindən istifadə təcrübəsinin olması.

 

Şərtlər: 

 

Tam iş günü, iş qrafiki I-V günlər. 

 

Namizədlər Agentliyin fəaliyyəti haqqında (Qanunvericilik, Dəstəklər, fəaliyyət istiqamətləri və s.) smb.gov.az saytından məlumat əldə edə bilərlər. CV-lər (yalnız azərbaycan dilində) mövzu yerinə “Enerji idarəçisi (meneceri) və “Xaçmaz KOB evi”nin İnformasiya texnologiyaları üzrə böyük mütəxəssisi” yazılmaqla 17.06.2025-ci il tarixinə qədər hr@smb.gov.az ünvanına göndərilməlidir. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Powered by Froala Editor