Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə özəl sektor da dəstək göstərir AQEM yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub KOBİA və Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüs heyəti arasında görüş keçirilib Yaşıl iqtisadiyyata keçiddə KOB-ların rolu COP29 çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə təşkil olunub KOBİA və “Invest Bulgaria” Agentliyi əməkdaşlıq edəcək COP29 çərçivəsində KOB-ların yaşıl keçidinə dəstək məqsədilə əməkdaşlığa dair sənədlər imzalanıb Beynəlxalq Ticarət Mərkəzinin nümayəndələri "Bakı KOB evi"ndə olublar
Elmi-praktik konfransda işğaldan azad olunmuş ərazilərdə biznesin inkişafı müzakirə edilib 24.11.20
Elmi-praktik konfransda işğaldan azad olunmuş ərazilərdə biznesin inkişafı müzakirə edilib

Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə noyabrın 24-də “Qələbəyə aparan yol: iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

Onlayn tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin zəngin iqtisadi potensialı burada biznesin qurulması və inkişafı üçün əlverişli imkan yaradır. Bildirilib ki, regionun turizm, kənd təsərrüfatı, aqrar-emal, xalq sənətkarlığı və s. kimi ənənəvi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxarılması böyük perspektivlər vəd edir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında Qarabağdan keçməklə quru nəqliyyat dəhlizinin yaradılması təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli olacaqdır. KOBİA müharibənin ilk günlərindən ermənilərin hərbi təxribatı barədə reallıqları xarici tərəfdaş təşkilat və qurumlar vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırıb. İşğaldan azad edilmiş ərazilər üzrə biznesin dövlət xidmətlərinə, təlimlərə və biznes konsultasiyalara çıxışının təmin edilməsi məqsədilə KOB İnkişaf Mərkəzi və KOB evinin, eləcə də regionun bütün rayonlarında "KOB Dostu" şəbəkəsinin fəaliyyətinin təmin edilməsi Agentliyin gələcək planları çərçivəsində nəzərdən keçiriləcəkdir.

Konfransda çıxış edən Auditorlar Palatasının sədri Vahid Novruzov işğaldan azad edilən torpaqların yenidən qurulması və dirçəldilməsi üçün Auditorlar Palatası tərəfindən görüləcək işlər haqqında, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı Ziyad Səmədzadə Prezident İlham Əliyevin iqtisadi siyasətində Qarabağın sosial-iqtisadi inkişafı perspektivlərinin istiqamətləri, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində “Postkonflikt ərazilərin bərpası” Elmi Mərkəzinin rəhbəri Akif Musayev azad olunmuş ərazilərin bərpasının maliyyə qaynaqları, Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərov işğaldan sonrakı dövrdə azad olunmuş ərazilərin imkanlarının yenidən qiymətləndirilməsində uçot və auditin rolu, Аzərbaycan Kooperasiya Universitetinin prorektoru Bəyalı Ataşov işğalda azad olunmuş rayonların ölkəmizin ərzaq təhlükəsizliyinin gücləndirilməsində rolu, “ABAK-Az Crovve LTD” MMC-nin direktoru Zamin Hüseynov müharibənin və işğalın vurduğu zərər və itkilərin Beynəlxalq Qiymətləndirmə Standartları, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Elşad Səmədzadə “Dayanıqlı inkişafın nəticələri – qələbə”, Auditorlar Palatasının idarə rəisi Qoşqar Əhmədov postmünaqişə dövründə ekoloji qiymətləndirmə və ekoloji audit mövzularında çıxış ediblər.

Tədbir çərçivəsində geniş müzakirələr aparılıb, müxtəlif təklif və tövsiyələr səsləndirilib.

Powered by Froala Editor