Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı “Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib Sahibkarların müraciət və təklifləri dinlənildi Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib KOBİA heyəti Slovakiyada biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində görüşlər keçirib İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib
Enerji səmərəliliyi ilə əlaqəli enerji istehlak edən qurğu və avadanlıqlara dair texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq 06.11.25
Enerji səmərəliliyi ilə əlaqəli enerji istehlak edən qurğu və avadanlıqlara dair texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq

Maraqlı tərəflər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi internet səhifəsi (competition.gov.az) vasitəsilə sözügedən texniki reqlament layihələri ilə tanış ola, rəy və təkliflərini bildirə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə 13 noyabr 2025-ci il, saat 11:00-da “Bakı KOB evi”ndə Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən hazırlanmış “Soyuducu avadanlıqların enerji etiketlənməsinə dair”, "Soyuducu avadanlıqlara ekodizayn tələblərinə dair”, "Kondisionerlər və komfort ventilyatorlar üçün ekodizayn tələblərinə dair”, “Kondisionerlərin enerji etiketlənməsinə dair", “İşıq mənbələrinin və ayrı-ayrı idarəetmə mexanizmlərinin enerji etiketlənməsi haqqında”, “İşıq mənbələrinin və ayrı-ayrı idarəetmə mexanizmləri üçün ekodizayn tələbləri haqqında”, “Bişirmə sobalarının və havalandırma sistemlərinin enerji etiketlənməsi haqqında”, “Bişirmə sobaları, plitələr və havalandırma sistemləri üçün ekodizayn tələbləri haqqında”, "Məişət paltaryuyan və qurutma funksiyalı paltaryuyan maşınların ekodizayn tələblərinə dair”, “Məişət paltaryuyan və qurutma funksiyalı paltaryuyan maşınların enerji etiketlənməsinə dair” və “Tozsoranlar üçün ekodizayn tələbləri haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçiriləcək.

Sahibkarlıq subyektləri, vətəndaş cəmiyyəti institutları, istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflər təşkil olunacaq görüşə https://bit.ly/4nJ28tY linki üzərindən onlayn qaydada qoşula və müzakirələrdə iştirak edə bilərlər.

Müzakirələr qanunvericiliyə uyğun olaraq, texniki reqlament layihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlı tərəflərin bu reqlamentlərin hazırlanmasında aktiv iştirakının təşviqi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin və onların tətbiqinin müsbət nəticələrinin geniş ictimaiyyətə çatdırılması məqsədilə aparılacaq. 

İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyə dair təqdim edilmiş rəy, irad və təkliflərin qanunvericiliyin tələbləri nəzərə alınmaqla təhlili və layihələrdə əks olunmasına dair müzakirələrin keçirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, texniki reqlament layihələri həmçinin Agentliyin rəsmi internet səhifəsinin “Qanunvericilik” bölməsinin “Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi” alt-bölməsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) də yerləşdirilib. 

Powered by Froala Editor