Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Fermerlərə dəstəklə bağlı tədbir keçirilib 30.11.23
Fermerlərə dəstəklə bağlı tədbir keçirilib

“Fermerlərin dəstəklənməsi və dövlət-özəl sektor əməkdaşlığı” mövzusunda tədbirdə kənd təsərrüfatının inkişafı, bu sahədə hədəflər, dövlət dəstəyi tədbirləri, özəl sektorun fermerlərlə əməkdaşlığı, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, bazarlara çıxış məsələləri müzakirə edilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə “Fermerlərin dəstəklənməsi və dövlət-özəl sektor əməkdaşlığı” mövzusunda tədbir keçirilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, 150 fermer, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin və maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov, Şirkətlər Qrupunun icraçı direktoru Burak Dəniz müvafiq olaraq kənd təsərrüfatının inkişafı, bu sahədə hədəflər, dövlət dəstəyi tədbirləri və güzəştlər, eləcə də özəl sektorun fermerlərlə əməkdaşlığı barədə məlumat veriblər. Çıxışlarda həmçinin, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, bunun üçün vacib olan amillər, bazarlara çıxış, özəl sektorun bu sahədə rolu məsələlərinə toxunulub. 

Veysəloğlu Şirkətlər Qrupunun “Tarladan rəfə” strategiyası üzrə təqdimatda qeyd edilib ki, məhsulların birbaşa tarladan mağaza rəflərinə gətirilməsi ilə bağlı 52 fermerlə başlanılan təşəbbüsün nəticəsi olaraq əməkdaşlıq edilən fermerlərin sayı 190-ı keçib. Şirkətlər Qrupu 2023-cü ilin yanvar-noyabr ayları ərzində fermerlerdən 50 min tona yaxın kənd təsərrüfatı məhsulu alaraq “Araz” və “OBA” market şəbəkələrində satışını həyata keçirib. 

Tədbir çərçivəsində təşkil olunmuş “Dövlət-özəl sektoru əməkdaşlığı” panelində kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, istehlakçıların keyfiyyətli və uyğun qiymətə yerli məhsullarla təmin edilməsi, idxaldan asılılığı azaldaraq tədarük zəncirinin davamlılığının artırılması, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafının dəstəklənməsi kimi mövulara toxunulub, fermerlərin təklifləri dinlənilib. 

Eyni zamanda tədbirdə fermerlər özəl sektorla əməkdaşlıq təcrübələrini bölüşüb, Şirkətlər Qrupunun qurduğu “soyuq zəncir” nəticəsində onların məhsullarını satmaq üçün vaxt və pul sərf edərək Bakıya gəlmələrinə ehtiyac qalmadığını, məhsullarını şirkətin regional anbarlarına çatdırmaqla satışa nail olunduğunu bildiriblər.  

Tədbirdə 13 kiçik fermerə kənd təsərrüfatı məhsullarının istehsalı üçün texnikalar və avadanlıqlar təqdim edilib.

Powered by Froala Editor