Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Fövqəladə Hallar Nazirliyi dövlət qurumları arasında keçirilən minifutbol turnirinin qalibi oldu 08.05.23
Fövqəladə Hallar Nazirliyi dövlət qurumları arasında keçirilən minifutbol turnirinin qalibi oldu

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub. 

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda dövlət qurumlarının 50-dən çox komandası mübarizə aparıb. 2022-ci ilin noyabr ayından start götürən turnirin həlledici oyununda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Fövqəladə Hallar Nazirliyinin (FHN) komandaları qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunun əsas vaxtı qolsuz heç-heçə ilə nəticələnib. Penaltilər seriyasında isə daha dəqiq oynayan FHN komandası turnirin qalibi adını qazanıb. Beləliklə, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin çempionu FHN, ikinci yeri DTX, üçüncü yeri isə SOCAR komandası tutub.

Görüş başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda və digərləri təqdim ediblər. 

Turnirin ən yaxşı oyunçusu Əli Səfərov (DTX), bombardiri Səttar Qədirov (33 qol, FHN), ən yaxşı qapıçı Yəhya Nağıyev (FHN) seçilib, “fair-play” nominasiyasında Xarici İşlər Nazirliyinin komandası mükafatlandırılıb.

Powered by Froala Editor