Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Gənc Sahibkarlar Forumu keçiriləcək 05.12.19
Gənc Sahibkarlar Forumu keçiriləcək



Dekabrın 10-da Bakı Konqres Mərkəzində gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, kiçik və orta biznesə dəstək göstərilməsi məqsədilə I Gənc Sahibkarlar Forumu keçiriləcək.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gənclər Fondu, KOBİA yanında İctimai Şura və “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək forumda yaşı 29-dək olan gənclər iştirak edə bilərlər.

Forumda iştirak etmək istəyənlər 7 dekabr 2019-cu il tarixinədək aşağıdakı linkdə göstərilən anket-formanı doldurmaqla qeydiyyatdan keçməlidirlər:

https://docs.google.com/forms/d/e/1FAIpQLSe2qGW6oR...

Forumla bağlı əlavə suallarla KOBİA-ya müraciət etmək olar (Əlibaba Əliyev, 404-04-01 (daxili 162), 055-589-69-39).



Powered by Froala Editor