Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Gəncədə sahibkarlarla görüş keçirilib 11.03.23
Gəncədə sahibkarlarla görüş keçirilib

Sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli və təkliflərin icrası məqsədilə aidiyyəti qurumlarla birgə tədbirlər görüləcəkdir. 

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Gəncə İş Adamları İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində sahibkarlarla görüş keçirilib.  

 

Tədbirdə Gəncədə sənaye, turizm və ticarət sahələrində fəaliyyət göstərən 40-a yaxın sahibkar, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.  

 

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığa göstərilən mövcud dəstək mexanizmləri, bu sahədəki yeniliklər, KOBİA tərəfindən təmin edilən dövlət dəstəyi və xidmətlər barədə məlumat verib. Sahibkarlar biznesin inkişafı üçün ehtiyaclarını və təkliflərini səsləndiriblər. 

 

Tədbirdə biznes subyektləri tərəfindən qaldırılan məsələlərin həlli və səsləndirilən təkliflərin icrası məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görüləcəyi bildirilib. 

 

Powered by Froala Editor