Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Hacıqabulda tullantılardan zülal və üzvü gübrə istehsal edən müəssisə fəaliyyətə başlayıb 27.02.23
Hacıqabulda tullantılardan zülal və üzvü gübrə istehsal edən müəssisə fəaliyyətə başlayıb

Hacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən müəssisə - "Provive" MMC fəaliyyətə başlayıb. 

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov müəssisənin fəaliyyəti ilə tanış olublar. 

 

Qeyd edək ki, müəssisədə innovativ texnologiyaya əsaslanaraq “Black soldier fly” milçəyinin sürfələrindən istifadə olunmaqla qida tullantılarından zülal (heyvan mənşəli) və “Zoohumus” üzvi gübrəsi istehsal olunacaq. Bu, tullantıların atılmasının qarşısını almaqla onlara 2-ci həyat verəcək, atmosferə atılan zərərli tullantıların miqdarını azaldacaq ki, nəticədə ekoloji təmiz, təbii və proteinlə zəngin məhsullar əldə olunacaq. İnvestisiya həcmi 2,3 milyon manata yaxın olan müəssisədə 20-yə yaxın işçi çalışacaq. Hazırda müəssisənin istehsal gücü aylıq 15 tondur və yaxın vaxtlarda bu həcmin 30 tona çatdırılması planlaşdırılır. Müəssisə 1 hektar ərazidə fəaliyyət göstərir. "Provive" MMC-yə 2020-ci ilin fevralında İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidentlik statusu verilib. Müəssisəyə KOBİA tərəfindən də dəstək göstərilib. 


Powered by Froala Editor