Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
İctimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb 26.03.20
İctimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb

Koronavirus (COVİD-19) pandemiyasının ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlara təsirini öyrənmək məqsədilə müzakirələr aparılıb.

İqtisadiyyat, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş müzakirələrdə dünyada yayılmış koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorları ilə yanaşı, ictimai iaşə sahəsinə də təsir göstərdiyi bildirilib, bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, sahibkarların təklifləri dinlənilib.

Vurğulanıb ki, Azərbaycan dövləti hər zaman sahibkarların yanındadır və bu çətin vaxtlarda da sahibkarlara dəstək göstəriləcək. Koronavirus infeksiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi üçün Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər sahibkarların diqqətinə çatdırılıb və qeyd edilib ki, hazırda koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrup tərəfindən sahibkarlara, işəgötürənlərə dəstək mexanizmləri və iqtisadi artımın davamlığının təmin olunması üçün müvafiq təkliflər hazırlanır.

Bildirilib ki, dövlət-özəl sektor əməkdaşlığı müstəvisində neqativ iqtisadi təsirlərin aradan qaldrılması üçün tədbirlər görülür. Özəl sektorun sosial məsiliyyəti bölüşməsi mühüm şərtdir və bu istiqamətdə sahibkarlara dəstək tədbirləri müəyyənləşdirilir. Bu baxımdan, sahibkarlara işdən azad edilmə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ məsuliyyət və sosial həmrəylik nümayiş etdirmək tövsiyə olunur.

Powered by Froala Editor