Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
İndiyədək 630-dan çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb edilib 05.12.23
İndiyədək 630-dan çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb edilib

5 dekabr Beynəlxalq Könüllülər Günüdür.

Ölkəmizdə fəaliyyət göstərən könüllü hərəkatına öz töhfəsini verən qurumlardan biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri”dir. Agentlik yarandığı gündən könüllülərlə sıx əməkdaşlıq edir, qurumda “KOB könüllüləri proqramı” həyata keçirilir.

“KOB könüllüləri” proqramı gənclərə, xüsusilə də idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alanlara müvafiq sahədə bilik və bacarıqlarını, dünyagörüşünü artırmağa, ilkin əmək vərdişlərinə yiyələnmələrinə dəstək olur. “KOB könüllüləri” KOBİA-nın inzibati binasında, Agentliyin Bakı şəhəri və regionlarda fəaliyyət göstərən KOB dostu ofislərində, KOB evlərində gündəlik iş prosesində yaxından iştirak edirlər. 3 ay davam edən könüllü fəaliyyətini uğurla başa vuran gənclərə KOBİA tərəfindən sertifikatlar verilir ki, bu da onların iş həyatına uğurlu keçidinə fürsət yaradır.

2023-cü ildə 150-ə yaxın gənc, indiyədək isə 630-dan çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub.

Könüllü fəaliyyəti, həmçinin, Agentlikdə işlə təmin olunmaq üçün də imkan yaradır. Könüllülük müddətində öz aktivliyi, təşəbbüskarlığı ilə seçilən 14 könüllü KOBİA-da işlə təmin edilib. 

KOBİA-da könüllü olmaq istəyən gənclər Agentliyin www.smb.gov.az rəsmi internet səhifəsində "KOB könüllüsü ol” bölməsində qeydiyyatdan keçməlidir. Bu bölməyə daxil olan müraciətlər dəyərləndirilir və könüllülərə dair seçim meyarlarına uyğun gələn namizədlər könüllü fəaliyyəti üçün KOBİA-ya dəvət olunurlar. 

Powered by Froala Editor