Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
“İnvestisiya səyahəti” tədbiri bu dəfə Şirvanda 11.06.25
“İnvestisiya səyahəti” tədbiri bu dəfə Şirvanda

Şirvanda fəaliyyət göstərən biznes subyektləri qiymətli kağızlar bazarı vasitəsilə alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanları barədə məlumatlandırılıb.

Ənənəvi bank kreditləri ilə yanaşı, sahibkarların istifadə edə biləcəyi bir sıra alternativ maliyyələşmə alətləri vardır. Bu alətlərdən olan qiymətli kağızlar biznes subyektlərinə sərmayə cəlb etmək, maliyyə dayanıqlığını artırmaq və böyümə strategiyalarını reallaşdırmaq üçün yeni imkanlar təqdim edir. Regionlarda fəaliyyət göstərən sahibkarların bu imkanlardan xəbərdar olması və praktiki biliklər əldə etməsi məqsədilə “İnvestisiya səyahəti” layihəsi 2025-ci ildə də davam etdirilir. 

Mərkəzi Bankın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Bakı Fond Birjasının, Şirvan Şəhər İcra Hakimiyyətinin və investisiya şirkətlərinin iştirakı ilə Şirvanda “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunub. 

Tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri üçün Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları, sahibkarlıq subyektlərinin alternativ maliyyəyə cəlb olunması üsulları, qiymətli kağız buraxılışında anderraytinq xidməti və kapital bazarında investor olmağın üstünlükləri mövzularında təqdimatlar keçirilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, bu, sayca on beşinci belə tədbirdir. Mütəmadi olaraq təşkil olunan “İnvestisiya səyahəti” tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

Powered by Froala Editor