Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası və KOBİA arasında əməkdaşlığa dair sənəd imzalanıb 17.07.23
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası və KOBİA arasında əməkdaşlığa dair sənəd imzalanıb

İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində təşkilata üzv ölkələrin biznes qurumları arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib, KOBİA və ICCIA arasında sənəd imzalanıb.

Bakıda İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası öz işinə başlayıb. 

Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Küveyt, İordaniya, Misir kimi ölkələr də daxil olmaqla geniş tərkibdə ölkəmizə səfər edən palata üzvləri və İslam ölkələrindən olan sahibkarlar iki gün ərzində müxtəlif mövzuları əhatə edən panellərdə, ölkələrin iqtisadi potensiallarının təqdimatlarında, “B2B” görüşlərdə iştirak edəcək, bir neçə iri kənd təsərrüfatı müəssisəsinə səfər edəcəklər. 

ICCIA-nın Direktorlar Şurasının 35-ci iclasının açılış mərasimindəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin İslam Əməkdaşlıq Təşkilatının qurumları ilə əməkdaşlığa önəm verdiyini qeyd edib, ICCIA ilə gələcək əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, KOBİA yerli və xarici biznes dairələri arasında əlaqələrin qurulmasına dəstək göstərir. Agentlik Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən ICCIA-ya üzv ölkələrin investorlarına da dəstək ola bilər.

Tədbir çərçivəsində bir sıra sənədlər, o cümlədən KOBİA və ICCIA arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ICCIA-nın Baş katibi Yusif Xələvi imzalayıblar. Memorandumda Azərbaycan və ICCIA-ya üzv ölkələrin iş adamları, xüsusilə KOB subyektləri arasında ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi məqsədilə məlumat və təcrübə mübadiləsi, KOB-lar arasında əlaqələrin gücləndirilməsi üçün müxtəlif tədbirlərin təşkili, birgə proqram və layihələrin reallaşdırılması nəzərdə tutulur. 

Powered by Froala Editor