Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
İstanbulda “Dost diasporları ilə güc birliyi” mövzusunda tədbir keçirilib 16.09.23
İstanbulda “Dost diasporları ilə güc birliyi” mövzusunda tədbir keçirilib

“Dost diasporları ilə güc birliyi” tədbirində KOBİA sədri diasporaların ölkələr arasında iqtisadi əlaqələrin inkişafına dəstəyi barədə danışıb.

 

İstanbul şəhərində Dünya Türk İş Şurasının 10-cu Qurultayı keçirilib.


İki gün davam edən tədbir çərçivəsində “Dost diasporları ilə güc birliyi” mövzusunda panel müzakirə də təşkil olunub.


Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov diasporların iqtisadi əlaqələrin inkişafına dəstəyi və Agentliyin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, son illər Türk dövlətləri arasında əlaqələr daha da möhkəmlənib və əməkdaşlığın inkişafında diaspora da əhəmiyyətli rol oynayır. Diasporalar həm də ölkələrin iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasına, özəl biznes təşəbbüsləri və ticarət əlaqələrinin genişlənməsinə dəstək göstərir. KOBİA Türk Dövlətləri Təşkilatına üzv olan və müşahidəçi ölkələrin müvafiq qurumları, eləcə də Azərbaycanda fəaliyyət göstərən və sıralarında yüzlərlə iş adamını birləşdirən qurumlarla əməkdaşlıq edir. Agentlik Azərbaycanda fəaliyyət göstərən və ya biznes qurmaq istəyən xarici iş adamlarına yerli tərəfdaşların tapılmasında, əlaqələndirmə və digər istiqamətlərdə dəstək göstərməyə hazırdır.


Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərinə toxunan KOBİA sədri dost ölkələrin diasporlarının bu prosesdə fəal iştirak etmək imkanlarından da danışıb. Bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin zəngin iqtisadi və investisiya potensialına malik olması bu ərazilərdə biznes layihələrinin həyata keçirilməsi və sərmayələrin cəlb edilməsinə şərait yaradır. İndiyədək KOBİA-ya bu istiqamətdə xarici ölkələrdən daxil olan müraciətlərin yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin payına düşür. Onların sırasında Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Macarıstan yer alır. Daxil olmuş layihələr əsasən ticarət, xidmət, inşaat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, təhsil, nəqliyyat, logistika və digər sahələri əhatə edir. KOBİA sədri həmçinin, dost dövlətlərin sahibkarlarını azad edilmiş ərazilərimizə sərmayə yatırılmasında, bölgənin dirçəldilməsində daha fəal iştiraka dəvət edib. 

Powered by Froala Editor