Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək Sahibkarlar üçün yeni dövr: yerli startaplar biznesi rəqəmsallaşdırır “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı “Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib Sahibkarların müraciət və təklifləri dinlənildi
İstanbulda KOBİA bir sıra ölkələrin ticarət və sənaye palataları ilə əməkdaşlıq imkanlarını müzakirə edib 16.10.24
İstanbulda KOBİA bir sıra ölkələrin ticarət və sənaye palataları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

KOBİA nümayəndələri Dünya Palatalar Federasiyasının Avropa və Asiya Sammitində iştirak edib.

İstanbulda keçirilən Dünya Palatalar Federasiyasının Avropa və Asiya Sammitində iştirak məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Türkiyədə səfərdə olub. “İqlim fəaliyyətinə birgə yanaşma” mövzusuna həsr olunmuş tədbir palata rəhbərləri, ekspertlər, dövlət və özəl sektorun təmsilçiləri ilə bir araya gəlməklə əməkdaşlıq vasitəsilə effektiv iqlim fəaliyyətinə dair yeni yolları müzakirə etmək məqsədilə təşkil olunub.  

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sammitin açılışında və tədbir çərçivəsində keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin görüşündə iştirak edib. “KOB-lar və iqlim uyğunlaşması: problemlər və imkanlar” mövzusunda paneldəki çıxışında KOBİA sədri KOB-ların iqlim dəyişiklikləri ilə mübarizəyə verə biləcəyi töhfə, yaşıl keçidlə bağlı onların qarşılaşdıqları çətinliklər və ehtiyacları barədə fikirlərini bölüşüb, iştirakçıları KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək üçün Agentliyin irəli sürdüyü qlobal təşəbbüsə qoşulmağa dəvət edib.

Sammit çərçivəsində KOBİA nümayəndələri Ərəb Palataları İttifaqının Baş katibi Xalid Hənəfi, Keniya Milli Ticarət və Sənaye Palatasının prezidenti Erik Rutto, Qətər Beynəlxalq Ticarət Palatasının sədri Şeyx Xəlifə Əl Tani, İordaniya Ticarət və Sənaye Palatasının sədri Xəlil Məhəmməd Əl-Hac Tövfiq və Beynəlxalq Ticarət Palatasının Baş katibi Con Denton ilə görüşüb. Görüşlərdə yerli KOB-lar ilə müvafiq ölkələrin sahibkarları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinə, bu istiqamətdə qarşılıqlı biznes missiyaların təşkilinə, rəqəmsal transformasiya və yaşıl keçidlə bağlı KOB-ların çətinliklərinə, rəqəmsal ticarət və KOB-ların bazarlara çıxışı, onların imkanlarını artırmaq üçün birgə təlim proqramları və digər şəbəkələşmə tədbirləri, əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. 

Powered by Froala Editor