Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"Sahibkarlar Günü"nə həsr olunmuş film “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib Ağdaşda sahibkarların qəbulu keçiriləcək İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub "Şəhərsalma iqtisadi katalizator kimi” mövzusunda interaktiv sessiya keçirilib KOBİA və SEBRAE qadın sahibkarlığına dair müzakirələr aparıb İnnovasiya və startap müsabiqəsi: 57 ölkədən startapçılar Bakıda bir araya gəlir Hər bir biznes fəaliyyəti üçün dövlətdən lisenziya alınmalıdır? KOB-ların satış imkanlarını genişləndirən dəstək alətləri Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur!
“İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu” mövzusunda konfrans keçirilib 15.03.23
“İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu” mövzusunda konfrans keçirilib

İstehlakçıların hüquqlarının qorunması istiqamətində dövlət qurumlarının və sahibkarların birgə təşəbbüsləri vacibdir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu” mövzusunda konfransı keçirilib.

Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov biznes subyektləri və istehlakçılar arasında əlaqələrin genişləndirilməsi, istehlakçıların hüquqlarının qorunması sahəsində dövlət və özəl qurumların birgə səylərinə dair fikirlərini bölüşüb. Qeyd olunub ki, daxili bazarın formalaşdırılması və qorunması istiqamətində qarşıya qoyulan əsas vəzifələrdən biri mövcud tələbatın yerli istehsal hesabına yüksək keyfiyyətli məhsullarla təmin edilməsi, bu sahədə istehlakçı hüquqlarının qorunmasıdır. Ölkəmizdə istehlakçıların hüquqlarının qorunması istiqamətində sahibkarların digər maraqlı tərəflərlə əlaqələrinin genişləndirilməsi də önəmlidir. Təqdirəlayiq haldır ki, biznes subyektləri də bu sahədə təşəbbüs göstərirlər. İstehlakçıların hüquqlarının qorunmasında inzibati tədbirlərlə yanaşı, sahibkarların maarifləndirilməsi və digər dəstək tədbirlərinın həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Keyfiyyətli və müvafiq standartlara cavab verən məhsul və xidmətlərin istehlakçılara təqdim edilməsi məqsədilə KOBİA tərəfindən istehsal və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar üçün müxtəlif maarifləndirici tədbirlər keçirilir. Həmçinin, KOBİA tərəfindən mütəmadi olaraq KOB subyektlərinin sərgi və yarmarkalarda iştirakına, onların məhsullarının ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək göstərilir. 

Powered by Froala Editor