Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
JICA-nın nümayəndələri yerli KOB-lara dəstək mexanizmləri ilə tanış olublar 24.05.22
JICA-nın nümayəndələri yerli KOB-lara dəstək mexanizmləri ilə  tanış olublar

Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq sahəsində təcrübəsinin paylaşılması istiqamətində görüşlər və tədbirlər davam etdirilir. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Gürcüstan ofisinin nümayəndələri ölkəmizə səfər çərçivəsində KOB-lara göstərilən dəstək və xidmətlərlə yerində tanış olublar. 

 

Xaçmaz KOB evində olan JICA-nın nümayəndələrinə məlumat verilib ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir. Hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. “Xaçmaz KOB evi”ndə dövlət və özəl qurumlar tərəfindən sahibkarlara 250-dək xidmət göstərilir. 2021-ci ildə “Xaçmaz KOB evi”nə 27 mindən çox biznes subyekti və potensial sahibkar tərəfindən müraciət edilib.  Sahibkarların xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir. Yaxın vaxtlarda “Bakı KOB evi” də sahibkarların istifadəsinə veriləcəkdir. “Xaçmaz KOB evi”ndə sahibkarlara biznes təlimlər keçən və məsləhət xidmətləri göstərən KOB İnkişaf Mərkəzi (KOBİM) və sahibkarlara yerində xidməti təmin edən KOB dostu ofisi də fəaliyyət göstərir. Hazırda KOBİM-lər ölkənin 21, KOB dostu şəbəkəsi isə 33 şəhər və rayonunu əhatə edir. 

Powered by Froala Editor