Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Kazanda Rusiya - Azərbaycan işgüzar görüşü keçirilib 20.05.23
Kazanda Rusiya - Azərbaycan işgüzar görüşü keçirilib

Kazanda keçirilən Rusiya - Azərbaycan işgüzar görüşü çərçivəsində kiçik və orta biznesin dəstəklənməsi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycan nümayəndə heyətinin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərinə səfəri çərçivəsində Rusiya-Azərbaycan işgüzar görüşü keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirdəki çıxışında Rusiyanın KOB sahəsində ixtisaslaşmış müvafiq qurumları ilə əlaqələr, Azərbaycan və Tatarıstan arasında kiçik və orta biznesin dəstəklənməsi sahəsində əməkdaşlıq imkanları, Agentliyin dəstək və xidmətləri barədə məlumat verib. Qeyd edilib ki, başlıca fəaliyyəti yerli KOB-ların dəstəklənməsi olan Agentlik onların xarici tərəfdaşlarla əlaqələrinin inkişafına və bazarlara çıxışına da dəstək göstərir. Bu baxımdan KOBİA Rusiya sahibkarlarının yerli biznes tərəfdaşlarla əlaqələndirilməsinə də dəstək göstərə bilər. Potensial investisiya layihələri ilə bağlı məlumat mübadiləsi, perspektiv sahələrdə birgə müəssisələrin yaradılması, iş adamları arasında birbaşa əlaqə yaratmaq üçün sərgilərdə qarşılıqlı iştirak, işgüzar missiyaların təşkili, institusional əməkdaşlığın davamlı inkişafı hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olacaqdır.

Powered by Froala Editor