Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Kənd təsərrüfatı, sənaye və xidmət sektorlarında çalışan sahibkarların müraciətlərinə baxılıb 14.03.25
Kənd təsərrüfatı, sənaye və xidmət sektorlarında çalışan sahibkarların müraciətlərinə baxılıb

KOBİA-da keçirilmiş vətəndaş qəbulunda sahibkarların müraciətləri və təklifləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlərin görüləcəyi bildirilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qəbulda iştirak edən kənd təsərrüfatı, sənaye və xidmət sektorlarında fəaliyyət göstərən sahibkarların müraciətlərini dinləyib, suallarını cavablandırıb. 

Qəbul zamanı qaldırılan məsələlərin araşdırılacağı və Agentliyin səlahiyyətləri çərçivəsində həlli istiqamətində müvafiq dövlət qurumları ilə birgə tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.

Məlumat üçün bildirək ki, sahibkarlar KOBİA-nın fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı www.smb.gov.az internet səhifəsindəki “Müraciətlər” bölməsində qeydiyyatdan keçməklə Agentliyin rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər. 

 

Powered by Froala Editor