Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Süni intellektlə gücləndirilmiş innovativ startaplar Dövlət dəstəyi ilə 10-a yaxın sahibkar “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində Yaşıl biznes necə olmalıdır? İxracla məşğul olan sahibkarlar üçün növbəti təlim keçirilib Daha 4 sahibkar innovasiya fəaliyyəti üzrə mənfəət vergisindən azad edilib Azərbaycan-Vyetnam Biznes Şurası yaradılır Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə! KOBİA-da Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib 7-ci qrant müsabiqəsi barədə sahibkarların sualları cavablandırılıb Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlarla görüş keçirilib
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə müraciətlərin qəbuluna başlanıldı 10.01.22
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə müraciətlərin qəbuluna başlanıldı

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında 2022-ci ildə kənd turizmi sahəsində yeni sahibkarlıq subyektləri təsis olunacaq.


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulur. Bu məqsədlə layihəyə müraciət edən uyğun namizədlərin seçimi aparıldıqdan sonra vətəndaşlar turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir işləri aparılacaq və lazımi avadanlıqlarla təchiz ediləcəkdir.

Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi ilə məşğul olmaq istəyən vətəndaşlar 2022-ci ilin 28 yanvar tarixinədək müraciət edə bilərlər. Qeydiyyat linki: https://forms.gle/m7dpQKdS5Lypft6a8 

Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Layihə KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə İsmayıllı rayonunun Buynuz, Xanagah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində həyata keçirilib. Layihə çərçivəsində İsmayıllıda 15 kənd qonaq evi yaradılıb, 300 nəfərə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb. Bununla da 15 ailədən olan 40 nəfərə yaxın qadının və gəncin məşğulluğu təmin edilib. Yerli və xarici turistlərə qonaqlama xidməti göstərən kənd qonaq evləri sakinlərin gəlirlərinin artmasına və məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına öz töhfəsini verir. 

Powered by Froala Editor