Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
KOB Fest sərgi-satış yarmarkasında 80-ə yaxın KOB-un məhsulları satılır 14.10.22
KOB Fest sərgi-satış yarmarkasında 80-ə yaxın KOB-un məhsulları satılır

Oktyabrın 14-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakı Bulvarında (Kukla Teatrının arxasında) ilin son “KOB Fest” – sərgi-satış yarmarkası öz işinə başlayıb. 


Yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi, satış imkanlarının genişləndirilməsi, yerli məhsulların tanıdılması və KOB-ların satış bacarıqlarının artırılmasıdır.  


Yarmarkada 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox çeşiddə məhsul və xidmətləri təqdim edilir və satılır. Sərgi-satış yarmarkasında KOB subyektlərinin istehsal etdikləri bal, şirniyyat məhsulları, kofe, sərinləşdirici içkilər, zəfəran, mürəbbə, əzmələr, sənətkarların və yaradıcı şəxslərin əl işləri, toxuculuq məhsulları, geyimlər, aksessuarlar, dəri və taxtadan suvenirlər, keramika, rəsm əsərləri, kitablar, təhsil və təlim xidmətləri və s. nümayiş olunur. 


“KOB Fest”də həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən suvenir istehsalı müəssisəsində istehsal olunmuş hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri sərgilənir. Qeyd edək ki, suvenir istehsalı müəssisəsi “Cocuq Mərcanlının İnkişafı” Fondu, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), KOBİA, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə dəstəyi ilə yaradılıb. 


Festival çərçivəsində mədəni-əyləncəli proqram da təşkil edilib.  


Sərgi-satış yarmarkası oktyabrın 15-dək saat 10.00-dan 18.30-dək açıq olacaqdır.  


Sərginin açılışında çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların satış imkanlarının genişləndirilməsinə göstərilən dəstək, KOB Fest sərgi-satış yarmarkaları barədə məlumat verib. Qeyd edilib ki, 2022-ci ilin aprel ayından başlayaraq Bakı, Gəncə, Şəki, Lənkəran, Sumqayıt, Şəmkir və Qubada 7 “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub. KOB festlərdə ümumilikdə 450-dən çox sahibkarlıq subyekti və sənətkarların 4 mindən çox çeşiddə məhsul və xidmətləri təqdim edilib, satışına imkan yaradılıb.  


Tədbirdə həmçinin, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək sərginin KOB-ların satış imkanlarının genişləndirilməsində əhəmiyyəti barədə fikirlərini bölüşüblər. 

Powered by Froala Editor