Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Dövlət dəstəyi ilə 10-a yaxın sahibkar “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində Yaşıl biznes necə olmalıdır? İxracla məşğul olan sahibkarlar üçün növbəti təlim keçirilib Daha 4 sahibkar innovasiya fəaliyyəti üzrə mənfəət vergisindən azad edilib Azərbaycan-Vyetnam Biznes Şurası yaradılır Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə! KOBİA-da Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib 7-ci qrant müsabiqəsi barədə sahibkarların sualları cavablandırılıb Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlarla görüş keçirilib KOBİA və "Belarus Universal Əmtəə Birjası" ASC arasında Anlaşma Memorandumu imzalanıb
KOB Fest - sərgi-satış yarmarkasında iştirak etmək istəyən sahibkarların nəzərinə! 13.04.22
KOB Fest - sərgi-satış yarmarkasında iştirak etmək istəyən sahibkarların nəzərinə!

25-26 aprel tarixlərində “İçərişəhər”də (Qoşa Qala Meydanı) təşkil olunacaq ilk KOB Fest - sərgi-satış yarmarkasına müraciətlərin qəbulu davam edir.

 

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarlıq subyektləri müvafiq müraciət formasını dolduraraq elektron qaydada Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 

 

Müraciətlərin qəbulu 18 aprel, saat 00:00-da başa çatacaqdır.

 

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək KOB Fest – sərgi-satış yarmarkası 25 aprel – Sahibkarlar Gününə həsr olunacaq. Yarmarkada müxtəlif qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işlərinin satışı həyata keçiriləcək. Ənənəvi sərgi-satış yarmarkalarından fərqli olaraq, “KOB Fest”də təkcə istehsalla məşğul olan sahibkarlar deyil, istehlakçılara müxtəlif xidmətlər təqdim edən KOB subyektləri və startaplar da təmsil oluna bilərlər. Yarmarka çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaq. Yarmarkada mikro və kiçik sahibkarların iştirakı üçün ödəniş nəzərdə tutulmur.

 

Bakı ilə yanaşı, növbəti aylarda ölkənin digər şəhər və rayonlarında da KOB Fest – sərgi-satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur. 


Powered by Froala Editor