Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır 23.07.19
KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) sahibkarlar üçün “E-satınalma modelinin tətbiqi” mövzusunda təlimlər keçirilir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin və Elektron Hökumətin İnkişafı Mərkəzinin iştirakı ilə təşkil olunan təlimlərdə kiçik və orta biznes subyektləri dövlət satınalmalarında iştirak prosedurları, www.etender.gov.az vahid internet portalı və ondan istifadə qaydaları barədə məlumatlandırılır.

Təlimlərdə iştirak etməkdə maraqlı olan kiçik və orta biznes subyektləri müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi və əlaqə telefonu) KOBİA-nın training@smb.gov.az ünvanına göndərməklə təlimlərdə iştirak edə bilərlər.

Dövlət satınalmalarında iştirak prosedurları barədə KOB-ların məlumatlandırılması istiqamətində təlimlər və digər maarifləndirici tədbirlər KOBİA tərəfindən davam etdiriləcəkdir.

Powered by Froala Editor