Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck" KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır Biznes müqavilələri Məqsədimiz “NooshCard”ı ölkə üzrə şirkətlər üçün standart həllə çevirməkdir – MÜSAHİBƏ Sahibkarların müraciətləri dinlənilib
KOB-lar Təhsil və Karyera Sərgisində 11.10.19
KOB-lar Təhsil və Karyera Sərgisində

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu dəfə mikro və kiçik sahibkarların 10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgilərində iştirakına dəstək göstərib.

Sərginin KOB-lar üçün ayrılmış xüsusi stendində təhsil sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini təqdim edirlər.

Qeyd edək ki, KOBİA startapların, mikro, kiçik və orta sahibkarların müxtəlif sərgilərdə iştirakına, məhsul və xidmətlərini təqdim etməsinə mütəmadi olaraq dəstək göstərir. İndiyədək KOBİA-nın dəstəyi ilə startaplar, mikro və kiçik sahibkarlar Qida Sənayesi, Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar, Hədiyyələr və Promo Məhsulları sərgilərində, "Organic Food Festivalı 2019"da və digər sərgilərdə iştirak ediblər.

Powered by Froala Editor