Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck" KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır Biznes müqavilələri Məqsədimiz “NooshCard”ı ölkə üzrə şirkətlər üçün standart həllə çevirməkdir – MÜSAHİBƏ Sahibkarların müraciətləri dinlənilib
KOB-lar üçün alternativ maliyyələşdirilmə mexanizmləri müzakirə edilib 30.07.19
KOB-lar üçün alternativ maliyyələşdirilmə mexanizmləri müzakirə edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) alternativ maliyyə mexanizmlərinə dair Dəyirmi Masa keçirilib.

Maliyyə, Vergilər nazirliklərinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Mərkəzi Bankın nümayəndələrinin də iştirak etdiyi tədbirdə ölkəmizdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində mövcud dövlət dəstəyi mexanizmləri, bu sahədə alternativ maliyyələşmə üzrə potensial imkanlar müzakirə edilib.

Tədbirdə İslam İnkişaf Bankı Qrupunun “İslam bankçılığı üçün hüquqi çərçivənin inkişaf etdirilməsi” texniki yardım layihəsi çərçivəsində həyata keçirilən araşdırmalar barədə də məlumat verilib. Qeyd olunub ki, beynəlxalq və yerli şirkətlərin yaratdığı konsorsium (İslamic Finance Advisory and Assurance Services (İFAAS) və “EKVITA Consulting” MMC) tərəfindən həyata keçirilən layihənin əsas məqsədi ölkə iqtisadiyyatına alternativ investisiya və maliyyə vəsaitlərinin cəlb edilməsi, bankçılıq, mikromaliyyə, qiymətli kağızlar və sığorta bazarlarının inkişafına töhfə vermək, yerli bazarda, xüsusilə kiçik və orta biznes (KOB) üçün yeni maliyyə məhsullarının və xidmətlərin təqdim olunması, maliyyə sahəsində fəaliyyət göstərən şirkətlərin yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.

Dəyirmi masada alternativ maliyyələşmə mexanizmlərinə dair xarici ekspertlər tərəfindən təqdimatlar keçirilib, bu sahədə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə də KOB subyektlərinin maliyyələşdirilməsində alternativ maliyyə alətlərindən istifadənin genişləndirilməsi və bu sahədə araşdırmaların aparılması öz əksini tapıb.

Powered by Froala Editor