Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"Şəhərsalma iqtisadi katalizator kimi” mövzusunda interaktiv sessiya keçirilib KOBİA və SEBRAE qadın sahibkarlığına dair müzakirələr aparıb İnnovasiya və startap müsabiqəsi: 57 ölkədən startapçılar Bakıda bir araya gəlir Hər bir biznes fəaliyyəti üçün dövlətdən lisenziya alınmalıdır? KOB-ların satış imkanlarını genişləndirən dəstək alətləri Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur! Hansı strateji sahələrə investisiya təşviqi sənədi verilir? Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib Asiya İnkişaf Bankının nümayəndələri “Bakı KOB evi”ndə olub Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər
KOB-lar üçün iqlim maliyyələşdirilməsi üzrə seminar keçiriləcək 03.07.24
KOB-lar üçün iqlim maliyyələşdirilməsi üzrə seminar keçiriləcək

Tədbirin məqsədi KOB-ların iqlim maliyyəşməsində rolunun artırılmasına töhfə vermək, onların bu prosesdə fəal iştirakını təşviq etməkdir.

Azərbaycanda elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) əməkdaşlığı çərçivəsində 9-10 iyul tarixlərində KOB subyektləri üçün “İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə KOB-ların yaşıl iqlim maliyyələşdirilməsi vasitəsilə gücləndirilməsi” mövzusunda seminar keçiriləcək.

Onlayn formatda və ingilis dilində təşkil olunacaq tədbirin məqsədi İƏT-ə üzv ölkələrdə fəaliyyət göstərən mikro, kiçik və orta biznes subyeklərinin iqlim maliyyəşməsində rolunun artırılmasına töhfə vermək, onların bu prosesdə fəal iştirakını təşviq etməkdir.

Seminarda yaşıl iqlim maliyyələşməsi üzrə ekspertlər, İƏT-ə üzv ölkələrin müvafiq qurumlarının nümayəndələri və beynəlxalq təşkilatların mütəxəssisləri məruzəçi qismində çıxış edəcəklər. Tədbirdə KOB-lar üçün yaşıl maliyyələşdirmə mexanizmləri, iqlim maliyyələşdirilməsinin effektivliyi və gələcəyi, yaşıl KOB-lar üçün imkanlar barədə məlumat veriləcək, müvafiq istiqamətdə KOB-ların qarşılaşdıqları çətinliklər, onların yaşıl təcrübələri mənimsəməsi üçün maraqlı tərəflər arasında əməkdaşlıq imkanları müzakirə ediləcək. 

Seminarda iştirak etmək istəyən KOB subyektləri aşağıdakı linkdə qeydiyyatdan keçməlidir: https://erp.sesric.org/events/2024-Workshop-GreenClimateFinance/Apply 

Qeydiyyatdan keçmiş və iştirakı təsdiq edilmiş KOB subyektlərinin e-mail ünvanlarına SESRIC tərəfindən seminara qoşulmaq üçün link göndəriləcək. 

KOB subyektlərinin seminarla bağlı əlavə sualı yaranarsa KOBİA-ya (Rəfi Qurbanov, (+994 12 404 04 01 (daxili 179)) və ya SESRIC-ə (training@sesric.org) müraciət edə bilərlər.  

Powered by Froala Editor