Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib
KOB-ların maliyyə məlumatlılığının artırılması məqsədilə müsabiqə keçirilir 11.09.24
KOB-ların maliyyə məlumatlılığının artırılması məqsədilə müsabiqə keçirilir

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-ların rəhbər və işçi heyəti arasında  2 sentyabr - 31 oktyabr 2024-cü il tarixlərində müsabiqə elan edir.

Müsabiqə Mərkəzi Bankın Virtual Təhsil Platformasının (https://edu.e-cbar.az) iki kursu üzrə keçiriləcək: 

1."İzafi borclanma: problemlər və tövsiyələr"
(https://edu.e-cbar.az/course/preview.php?id=97).

2."Vergilər və vergitutma"
(https://edu.e-cbar.az/course/view.php?id=63).

Müsabiqədə iştirak etmək istəyən KOB-lar Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az) qeydiyyatdan keçəndən sonra, qeydiyyat prosesində istifadə etdiyi elektron poçt ünvanından mmpi@cbar.az ünvanına müsabiqədə iştirak edəcəyi barədə məlumat verməlidir (S.A.A., VÖEN-i, iş yerindən arayış və əlaqə nömrəni qeyd edərək). 

Son müraciət tarixi: 14 oktyabr 2024 

İmtahanlar müsabiqə iştirakçılarının sayından asılı olaraq fiziki və onlayn formatda (Zoom tətbiqi vasitəsi ilə) keçiriləcək.

Yuxarıda qeyd olunan kursları bitirən iştirakçılara imtahan günü və saatı AMB əməkdaşları tərəfindən göndəriləcək. 

Qeydiyyat prosesi haqqında ətraflı məlumatı bu link vasitəsilə ala bilərsiniz: https://www.youtube.com/watch?v=0iNZkyQ0Q7M 

Qaliblər hər iki kurs üzrə ümumi nəticənin orta balına görə seçiləcəklər. Hər kurs üzrə balın 70% və ondan yuxarı olması mütləqdir.

Müsabiqə iştirakçıları arasında on ən yüksək nəticə göstərənlər planşet ilə mükafatlandırılacaq.

Müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 598 2761, 50 209 03 91 telefon nömrələri ilə əlaqə yarada, yaxud mmpi@cbar.az elektron poçtuna yaza bilərlər.

Powered by Froala Editor