Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
KOB Model Müəssisənin imkanlarından yararlanmaq istəyən sahbkarların nəzərinə! 08.04.24
KOB Model Müəssisənin imkanlarından yararlanmaq istəyən sahbkarların nəzərinə!

Sahibkarlar KOB Model Müəssisənin təlimlərinə qatılmaqla istehsal prosesində zəruri olan biliklərə yiyələnə, onları təcrübədən keçirə bilərlər. 

Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən KOB Model Müəssisənin imkanlarından faydalanmaq istəyən sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) birbaşa (info@smb.gov.az və ya https://bit.ly/3xpwcX0), eləcə də model müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər. 

KOB Model Müəssisənin xidmətlərindən istifadə etmək istəyən sahibkarlıq subyektləri aşağıdakı tələblərə cavab verməlidir: 

- KOB subyekti istehsalat ilə məşğul olmalıdır;

- İstehsalatda və istehsalatın idarə edilməsində müasir biliklərə yiyələnmək və tətbiq etmək istəyi olmalıdır.

Model Müəssisə tərəfindən keçirilən təlimlərdə isə sahibkarlarla yanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən müəllimlər də iştirak edə bilərlər. 

KOB Model Müəssisənin imkanlarından yararlanmaq istəyən KOB subyektlərinin Agentliyə daxil olan müraciətləri müvafiq bazaya əlavə ediləcək və tələblərə cavab verən sahibkarlar təlim proqramına uyğun olaraq mərhələli şəkildə təlimlərə cəlb olunacaqlar. Hər təlim proqramı bir neçə moduldan ibarət olmaqla, qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər paylaşdırılması və s. mövzuları əhatə edəcək. Təlimləri uğurla tamamlamış və müvafiq biliklərə yiyələnmiş şirkət nümayəndələrinə sonrakı mərhələlərdə də Model Müəssisənin heyəti və təlimçiləri tərəfindən dəstək davam etdiriləcək.

Qeyd edək ki, KOBİA tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış KOB Model Müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəsisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkündür. “Görmə, eşitmə və icra etmə” konsepsiyası əsasında fəaliyyət göstərən Model Müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə, istehsal prosesində resursa, vaxta və xərclərə qənaət üsullarını öyrənməyə imkan verir. Model Müəssisə tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. 

Powered by Froala Editor