Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA 2-ci Türkiyə-Azərbaycan Enerji Forumunda 06.10.22
KOBİA 2-ci Türkiyə-Azərbaycan Enerji Forumunda

İstanbulda 2-ci Türkiyə-Azərbaycan Enerji Forumu keçirilib. 


Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməzin, eləcə də hər iki ölkədən müvafiq dövlət qurumlarının və təşkilatların iştirak etdiyi forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da iştirak edib. 


Forumdakı çıxışında KOBİA sədri KOB-ların enerji sektorunda fəaliyyəti barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, enerji sektoru ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafı üçün yeni perspektivlər yaradır. Hər iki ölkədə bizneslərin 99%-ni KOB subyektləri təşkil edir və onların bir hissəsi enerji sektorunda təmsil olunur. Enerji sektorunda KOB subyektləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi ümumi ticarət dövriyyəsinin və investisiyaların həcminin artırılmasına əhəmiyyətli töhfə verə bilər.  

Powered by Froala Editor