Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib
KOBİA “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu”nda təmsil olunub 17.05.24
KOBİA “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu”nda təmsil olunub

“Yaşıl iqtisadiyyat”da KOB-ların rolunu artırmaq üçün yeni təşviq mexanizmlərinin yaradılması istiqamətində işlər davam etdiriləcək. 


Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu” keçirilib. Yerli istehsal müəssisələrinin, beynəlxalq təşkilatların və dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə sıfır karbonlu gələcəyə keçid, iqlim dəyişikliklərinin Azərbaycanda özəl sektor üçün yaratdığı çağırışlar və imkanlar, bu prosesdə sahibkarların rolu müzakirə edilib. 

Forum çərçivəsində təşkil olunan “Biznesin davamlılığının artırılması: İqlim dəyişikliyi ilə mübarizə üçün özəl sektorun fəaliyyət strategiyaları” mövzusunda paneldə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub. Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev “yaşıl biznes”in KOB-lar üçün faydası, bu sahədə Agentliyin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, istehsalatda səmərəli və qənaətli texnologiyaların tətbiqi, eləcə də yaşıl innovasiyaların biznes proseslərinə inteqrasiyası KOB subyektlərinin xərclərinin optimallaşdırılmasına, məhsuldarlığının yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərir. İstehsal prosesinin ətraf mühitin mühafizəsi standartlarına uyğunlaşdırılması və yaşıl məhsulların istehsalı biznesin ixrac potensialının və maliyyə resurslarına çıxış imkanının artırılmasına xidmət edir. KOBİA təlim, məsləhət, qrant və s. kimi müxtəlif dəstək mexanizmləri çərçivəsində KOB-ların “yaşıl iqtisadiyyat”a keçidini təşviq etməyə çalışır. “Yaşıl iqtisadiyyat”da KOB-ların rolunu artırmaq üçün yeni təşviq mexanizmlərinin yaradılması istiqamətində işlər davam etdiriləcəkdir.  

Powered by Froala Editor