Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
KOBİA “Critical Infrastructure Defence Challenge” tədbirində təmsil olunub 26.10.23
KOBİA “Critical Infrastructure Defence Challenge” tədbirində təmsil olunub

“CIDE-2023” tədbiri çərçivəsində təşkil olunan sərgidə KOBİA-nın stendində İKT sahəsində ixtisaslaşan startap və şirkətlər məhsul və xidmətlərini təqdim edirlər.

Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə “Critical Infrastructure Defence Challenge” (CIDE-2023) tədbiri öz işinə başlayıb. Oktyabrın 27-dək davam edəcək tədbir çərçivəsində informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələr, kibertəhlükəsizlik həlləri sərgisi, təlimlər və yarışlar keçiriləcək. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “CIDC-2023” tədbirinin tərəfdaşları sırasındadır. 

Rəsmi şəxslərin, yerli və xarici şirkətlərin, ekspertlərin iştirakı ilə keçirilən tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov innovasiyaların biznesin inkişafına təsiri, müasir həllərin yaradılması üçün Agentliyin KOB-lara göstərdiyi dəstək tədbirləri barədə məlumat verib. Qeyd edilib ki, KOBİA ölkəmizdə KOB-ların rəqəmsallaşmasına, İKT sahəsində mütəxəssislərin hazırlanmasına dəstək göstərir. İnnovasiyalar, İKT və kibertəhlükəsizlik sahəsində işləyən sahibkarlara KOBİA-ya tərəfindən “Startap” şəhadətnaməsi verilə bilər. Bu sahədə fəaliyyət göstərən sahibkarlar Agentliyin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi məqsədilə keçirilən qrant müsabiqələrində də iştirak edə bilərlər.

Tədbir çərçivəsində KOBİA-nın stendinin də olduğu sərgi təşkil olunub. KOBİA-nın stendində İKT sahəsində ixtisaslaşan startaplar və şirkətlərin məhsul və xidmətləri təqdim edilir. Eyni zamanda KOBİA-nın stendində Agentlik tərəfindən startaplara göstərilən dəstək və xidmətlər haqqında audiovizual və çap materialları sərgi iştirakçılarının diqqətinə çatdırılır.

Powered by Froala Editor