Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib
KOBİA-da 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib 13.06.25
KOBİA-da 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının təşkilatçılığı ilə “Bakı KOB evi”ndə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan – Suverenliyin tam bərpasına doğru” mövzusunda tədbir keçirilib.


Əvvəlcə millət vəkilləri, KOBİA-nın və YAP-ın Nərimanov rayon təşkilatının nümayəndələri “Bakı KOB evi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar. 


Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi, Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.


Sonra KOBİA tərəfindən hazırlanmış, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. 


Milli Məclisin deputatları Sadiq Qurbanov və Samir Vəliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna rolundan, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü genişmiqyaslı tədbirlərdən danışıblar. Qeyd olunub ki, 15 iyun 1993-cü il Azərbaycanın siyasi xaos və müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş müharibəsindən xilas olması, dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinin başlanğıc tarixidir. Məhz bu tarixdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkədə sabitlik bərqərar olub, sistemli şəkildə iqtisadi islahatlara başlanılıb, o cümlədən sahibkarlığın inkişafı üçün əlverişli şərait formalaşdırılıb. Çıxışçılar Ümummilli Liderin ölkəmizin hərtərəfli inkişaf strategiyasının hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. 


Tədbir çərçivəsində YAP sıralarına yeni qəbul olunmuş bir qrup KOBİA əməkdaşına partiya vəsiqələri, eləcə də partiya fəaliyyətində fəal iştirakına görə KOBİA-nın bir neçə əməkdaşına YAP Nərimanov rayon təşkilatı tərəfindən fəxri fərmanlar təqdim edilib. 

Powered by Froala Editor