Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı “Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib Sahibkarların müraciət və təklifləri dinlənildi Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib KOBİA heyəti Slovakiyada biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində görüşlər keçirib İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər
KOBİA-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib 17.01.20
KOBİA-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib



Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Agentliyin İdarə Heyəti sədrinin müavini Nadir Adilov 20 Yanvar faciəsi barədə danışaraq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının Bakıda törətdiyi faciənin Azərbaycan xalqının yaddaşına azadlıq və müstəqillik uğrunda mübarizə tarixi kimi əbədi həkk olunduğunu vurğulayıb.

Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsinin heç zaman unudulmayacağını, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin Azərbaycansevərlərin qəlbində daim yaşayacağını qeyd ediblər.

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş “Müqəddəs məkan” filmi nümayiş olunub.

Powered by Froala Editor