Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
KOBİA-da halal sənaye sahəsində aparıcı qurumların nümayəndələri ilə fikir mübadiləsi aparılıb 14.10.23
KOBİA-da halal sənaye sahəsində aparıcı qurumların nümayəndələri ilə fikir mübadiləsi aparılıb

Halal sənaye üzrə aparıcı qurumların nümayəndələri ilə görüşdə 2024-cü ildə KOBİA-nın təşkilatçılığı ilə Bakıda keçiriləcək Halal Biznes və Turizm Forumu çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Malayziyanın Halal İnkişaf Korporasiyasının icraçı direktoru Hairol Arifeyn Sahari, İslam İnkişaf Bankının Kuala Lumpurdakı Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesav və Türkiyənin Halal Akkreditasiya Agentliyinin baş katibi Süleyman Beşli ilə görüşüb.

 

Görüşdə ölkəmizdə halal sənaye, bu sahədə təcrübə mübadiləsi və 2024-cü ildə KOBİA-nın təşkilatçılığı ilə Bakıda keçirilməsi planlaşdırılan Halal Biznes və Turizm Forumu çərçivəsində mümkün əməkdaşlıq imkanları müzakirə edilib. 

 


Powered by Froala Editor