Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA-da koronavirusun yükdaşıma - logistika sektoruna təsirinin öyrənilməsi üçün sahibkarlarla görüş keçirilib 17.03.20
KOBİA-da koronavirusun yükdaşıma - logistika sektoruna təsirinin öyrənilməsi üçün sahibkarlarla görüş keçirilib

Koronavirus (COVİD-19) infeksiyasının daxili və beynəlxalq yükdaşımalarla məşğul olan Azərbaycan şirkətlərinin fəaliyyətinə təsirinin öyrənilməsi üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yükdaşıma – logistika şirkətləri ilə görüş keçirilib.

Görüşdə ölkədaxili və beynəlxalq yükdaşımalarla məşğul olan sahibkarlıq subyektləri ilə koronavirus epidemiyasının yükdaşıma - logistika sahəsinə təsiri, yaranmış problemlərdən çıxış yolları və sahibkarların gözləntiləri barədə müzakirələr aparılıb, təklifləri dinlənilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir və qlobal miqyasda baş verən proseslər ölkəmizə də təsir göstərir. Koronavirus infeksiyası ticarət, turizm, nəqliyyat, logistika kimi sektorlara təsir edə bilər. Yükdaşıma-logistika şirkətləri ilə keçirilən görüşün məqsədi də məhz bu təsirlər barədə sahibkarlardan ətraflı məlumat almaq, onlarla çıxış yollarını və təklifləri müzakirə etməkdir.

Görüşdə yükdaşıma - logistika şirkətləri bir çox ölkələrdə sərhədlərin bağlanması və ya ciddi rejimin tətbiq olunması səbəbindən yüklərin çatdırılmasında gecikmələrin olduğunu, daşımalarla bağlı müqavilə öhdəliklərini yerinə yetirə bilmədiklərini qeyd ediblər.

Görüşdə sahibkarlıq subyektləri tərəfindən səsləndirilən təkliflər ümumiləşdirilərək müvafiq qurumlara təqdim olunacaqdır.

Powered by Froala Editor