Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck" KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır
KOBİA “Huawei” şirkəti ilə əməkdaşlıq edəcək 15.11.19
KOBİA “Huawei” şirkəti ilə əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Huawei Tech Azərbaycan” MMC-nin icraçı direktoru Canlin Lu ilə görüşüb.

Görüşdə Azərbaycanda innovativ startapların dəstəklənməsi, birgə əməkdaşlıq çərçivəsində KOB-lar üçün dəstək modellərinin yaradılması, tələbə və startapların “Huawei” ilə əməkdaşlığının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

KOBİA sədri ölkəmizdə innovasiyaların inkişafına və yeni texnologiyaların tətbiqinə verilən önəmi, startaplara göstərilən dəstəyi vurğulayıb, KOBİA-nın fəaliyyətini, mikro, kiçik və orta sahibkarlara göstərdiyi dəstəyi, eləcə də “Huawei” şirkəti ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

“Huawei Tech Azərbaycan” MMC-nin icraçı direktoru Canlin Lu İKT sahəsində KOB-ların rolunun artırılmasına dair fikirlərini bölüşüb, “Huawei” şirkətinin Azərbaycanda gördüyü işləri qeyd edərək Agentliyin strukturuna daxil olan KOB İnkişaf Mərkəzlərinin yaradılması və bu mərkəzlərlə əməkdaşlıq imkanlarının nəzərdən keçirilə biləcəyini qeyd edib.

Görüş çərçivəsində KOBİA və “Huawei Tech Azərbaycan” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Powered by Froala Editor