Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə əməkdaşlığa dair 3 Anlaşma Memorandumu imzalayıb 21.02.20
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə əməkdaşlığa dair 3 Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Respublikası Prezidentinin İtaliya Respublikasına dövlət səfəri çərçivəsində Romada təşkil olunmuş İtaliya-Azərbaycan biznes forumunda kiçik və orta sahibkarlıq (KOB) sahəsində əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında KOB sahəsində əlaqələrin genişləndirilməsi potensialını diqqətə çatdırıb, bu məqsədlə birgə əməkdaşlıq platformasının yaradılması, texnologiya və innovasiyalar üzrə layihələrin reallaşdırılması, potensial investisiya layihələrinə dair məlumat mübadiləsinin aparılması, Azərbaycan KOB-larının İtaliyaya tanışlıq səfərlərinin, bu səfərlər çərçivəsində sahibkarların müəssisələrə baxış və təlimlərin təşkili, hər iki ölkənin KOB-larının iştirakı ilə Azərbaycanda birgə müəssisələrin yaradılması imkanlarını qeyd edib.

Biznes forum çərçivəsində KOBİA və Kiçik ve Orta Müəssisələrin Beynəlxalq Şəbəkəsi (INSME) arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycan KOB-ları üçün İNSME-yə üzv ölkələrin bazarlarına çıxış üçün geniş imkanlar yaradan tədbirləri özündə ehtiva edir.

KOBİA ilə İtaliyanın Milli Mikrokredit Agentliyi və İtaliya Beynəlmiləlləşdirmə Agentliyi (“Promos İtaliya”) arasında imzalanmış anlaşma memorandumlarında isə KOB-lar üçün mikrokredit alətlərinin təşviqi mexanizmləri, innovativ kreditləşmə, ixraca dəstək tədbirləri, təlim və məsləhət xidmətlərinin təşkili, KOB-ların peşə bacarıqlarının artırılması, birgə layihələrin həyata keçirilməsi kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.

Powered by Froala Editor