Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir 18.10.19
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

Mikro və kiçik sahibkarlıq subyektlərinin əl işləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə keçirilən “Bazarını yarat” adlı sərgi-satış yarmarkasında nümayiş olunub.

Nizami Kino Mərkəzində təşkil olunmuş yarmarkanın keçirilməsində məqsəd özünüməşğulluq proqramı vasitəsilə öz təsərrüfatını qurmuş şəxslər və aztəminatlı ailələr tərəfindən hazırlanmış məhsulların satışına dəstək göstərməkdir.

Özünüməşğulluq proqramına qoşulmuş şəxslərlə yanaşı, KOBİA-nın dəstəyi ilə sərgi-satış yarmarkasında iştirak edən mikro və kiçik sahibkarlar, eləcə də “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi tərəfindən ağac üzərində oyma, xalçalar, suvenirlər, milli geyimlər və araxçınlar, müxtəlif rəsimlər və s. təqdim olunub.

“Bazarını yarat” yarmarkasının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, əhali arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, mikro və kiçik sahibkarlığın inkişafı, məşğulluqda KOB subyektlərinin payının artırılması məqsədilə KOBİA mütəmadi olaraq özünüməşğulluq proqramı barədə vətəndaşları məlumatlandırır, onların proqrama qoşulması üçün Dövlət Məşğulluq Xidməti ilə əlaqələndirilməsinə dəstək göstərir. Eyni zamanda KOBİA özünüməşğulluq proqramına qoşulmuş şəxslər üçün sahibkarlıq fəaliyyətinə dair təlimlərin keçirilməsində, onlara informasiya və məsləhət xidmətlərinin göstərilməsində yaxından iştirak edir.

Powered by Froala Editor