Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck"
KOBİA-nın dəstək və xidmətləri ilə bağlı ''INNOLAND''də təqdimat keçirilib 20.12.21
KOBİA-nın dəstək və xidmətləri ilə bağlı ''INNOLAND''də təqdimat keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezident startapları üçün təqdimat təşkil olunub. 

 

Tədbirdə “İnnovasiyalar Mərkəzi”nin direktoru vəzifəsini icra edən Vüsal Rüstəmov, KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov və digər şəxslər iştirak ediblər. 

 

Təqdimat zamanı KOBİA-nın Biznesə xidmətlər departamentinin müdiri Natiq Heydərov və departamentin əməkdaşı Hümbət Abdullayev tərəfindən mikro və kiçik sahibkarlara verilən və onları 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi barədə ətraflı məlumat verilib. 

 

Startaplar KOBİA tərəfindən təmin edilən daxili bazar araşdırması mexanizmi, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi barədə də məlumatlandırılıb, iştirakçılar Agentliyin dəstək və xidmətlərindən aktiv istifadəyə dəvət olunublar.

 

Tədbirdə, həmçinin iştirakçıların öz startaplarının inkişafı ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor