Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Azərbaycanda ilk KOB klaster şirkəti yaradılıb KOBİA yanında İctimai Şuraya seçkilər keçirilib Zəngilanda “KOB Fest” sərgi-satış yarmarkası keçirilib Türk Ticarət və Sənaye Palataları Birliyinin üzvləri “Bakı KOB evi”ndə “Bizdən Biznesə” startap müsabiqəsinin nəticələri açıqlanıb Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası
KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD EXPO” və “Halal Expo” sərgilərində nümayiş olunub 30.11.24
KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD EXPO” və “Halal Expo” sərgilərində nümayiş olunub

Türkiyəyə səfər çərçivəsində KOBİA nümayəndələri Dünya Halal Sammitində iştirak edib, bir sıra görüşlər keçiriblər.

Azərbaycan sahibkarları İstanbulda keçirilən “MÜSİAD EXPO” 20-ci Beynəlxalq Ticarət Sərgisində və “Halal Expo” Sərgisində iştirak ediblər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sərgilərdə ümumilikdə 20-yə yaxın yerli sahibkarın məhsul və xidmətləri nümayiş olunub. KOBİA-nın müvafiq sərgilərdə qurduğu xüsusi stendlərdə qida, sənaye, alternativ və bərpa olunan enerji, parfümeriya sahələrində məhsullar və xidmətlər sərgilənib. Həmçinin, stendlərdə KOBİA və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, sahibkarlara göstərilən dəstək və xidmətlərə dair məlumat verilib. Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev stendlərimizi ziyarət ediblər.

KOBİA nümayəndələri halal sənayesi üzrə maraqlı tərəfləri bir araya gətirən, müvafiq sahədə yeni imkanların və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi 10-cu Dünya Halal Sammitində iştirak ediblər. Tədbirin açılışındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov halal sənayenin davamlı inkişafı üçün əməkdaşlığın və innovasiyaların vacibliyini qeyd edib, bu sektorun gələcək inkişafında etik standartların və texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb. Yaşıl texnologiyaların tətbiqinin ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azalda biləcəyini bildirən KOBİA sədri Agentliyin yaşıl təşəbbüsləri və sahibkarlara dəstək alətləri barədə də məlumat verib. 

Səfər çərçivəsində KOBİA nümayəndələri bir sıra görüşlər də keçiriblər. Dünya Halal Sammitinin və “Halal Expo”nun təşkilatçısı Yunus Ete, Malayziyanın sənayenin inkişafı nazirinin köməkçisi Datuk Andi Muhammed Suryady Bin Bandy, Sahibkarlığın İnkişafı və Kooperativlər Nazirliyinin müşaviri Saifuzzaman Abdul Rahman və Kiçik və Orta Sahibkarlığın İnkişafı Bankının baş direktoru Məhəmməd İbrahim, Seneqalın KOB-ların İnkişafı Agentliyinin baş meneceri Mari Roz Faye, İndoneziyanın Halal Sənayenin Gücləndirilməsi Mərkəzinin rəhbəri Nila Kumalasari ilə görüşlərdə KOB sahəsində əməkdaşlıq imkanlarına, KOB-ların gücləndirilməsi və yaşıl iqtisadiyyata keçidi, sahibkarlıq sahəsində innovasiyaların təşviqinə dair fikir mübadiləsi aparılıb. 

KOBİA nümayəndələri səfər zamanı İstanbulda Azərbaycan investisiyası ilə qurulmuş və hazırda 20-dən çox ölkəyə məhsul ixrac edən “Helba Pharma” şirkətində istehsal prosesi ilə də tanış olublar. 

Powered by Froala Editor