Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
KOBİA-nın dəstəyi ilə “Bakutel” Sərgisində virtual müəssisə təqdim olunur 03.12.19
KOBİA-nın dəstəyi ilə “Bakutel” Sərgisində virtual müəssisə təqdim olunur

Dekabrın 3-də Bakı Ekspo Mərkəzində açılmış 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar (“Bakutel”) Sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilk dəfə olaraq “KOB Virtual Müəssisə”ni təqdim edib.

“Deloitte” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təqdim olunan virtual müəssisə istehsal xəttini və yeni məhsulun hazırlanması prosesini simulyasiya edir. Məqsəd real müəssisə mühitini canlandırmaqla istifadəçilərə iş rejimi ilə tanış olmaq, müvafiq idarəetmə və əmək vərdişlərinə yiyələnmək və bacarıqları inkişaf etdirmək imkanının yaradılmasıdır. “KOB Virtual Müəssisə” istehsal prosesi zamanı aktivlərin idarə edilməsi, işçi heyətinin təlimləri, keyfiyyətə nəzarət və proseslərin vahid mərkəzdən idarə edilməsini sınaqdan keçirməyə imkan verməklə, bu istiqamətlərdə xərclərə qənaət etməyə imkan verir. Burada istehsal prosesinə onlayn rejimdə nəzarət olunur və məlumatlar dərhal əldə edilir ki, bu da menecerlər üçün idarəetmə prosesini daha çevik edir.

Sərgidə həmçinin, KOBİA-nın təşkilatçılığı, “Paşa Holding”in və magistral internet provayderi “AzerTelecom” şirkətinin dəstəyilə 10 startap və kiçik sahibkarlıq subyektinin məhsul və xidmətləri ayrıca stenddə nümayiş olunur. İKT sahəsində fəaliyyət göstərən startap və sahibkarlara dəstək məqsədilə yaradılmış xüsusi stenddə tibbi müayinə üçün proqram təminatı və avadanlıqlar, ingilis dili öyrənmə proqramı, kiber təhlükəsizlik xidmətləri, səsli oyuncaq detalları, reklam, otel xidmətləri və internet saytlarının yaradılması ilə bağlı portallar, məişət tullantılarının idarə edilməsi qurğusu, kənd təsərrüfatı sahəsində onlayn aqronom və digər xidmətlər təqdim edilir.

Tədbir çərçivəsində KOBİA və “AzerTelecom” arasaında kiçik və orta biznesə dəstək məqsədilə Niyyət Protokolu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev imzalayıblar. Sənəddə KOB-lara dəstək üçün birgə əməkdaşlıq və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Bakutel” Sərgisi dekabrın 6-dək davam edəcəkdir.

Powered by Froala Editor