Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarların müraciətləri dinlənilib “KOB könüllüləri” proqramına maraq artmaqda davam edir Biznes tərəfdaşlığı proqramı çərçivəsində təlimlər keçirilir Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib Vergi güzəştləri ilə böyüyən startaplar: “BillKill” və “OnWay” Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə! Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN
KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib 16.11.19
KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib

Dövlət-sahibkar dialoqu platforması çərçivəsində Xəzər rayonu Zirə qəsəbəsində meyvə və tərəvəz istehsalı ilə məşğul olan istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, Xəzər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının, eləcə də 70-ə yaxın istixana təsərrüfatının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə sahibkarlar dinlənilib, onların istixanalara verilən qazın qiyməti və keyfiyyəti, eləcə də digər məsələlər barədə sualları cavablandırılıb, qaldırılan məsələlərin bir qisminə yerindəcə operativ reaksiya verilib.

Görüşdə iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, qeyri-neft sektorunda əhəmiyyətli paya malik olan istixana təsərrüfatları məşğulluğun təmin olunmasında, ixracın artırılmasında önəmli rol oynayır. Xəzər rayonunun iqtisadiyyatında da istixanalar xüsusi çəkiyə malikdir. Bildirilib ki, bu sektor KOBİA-nın da diqqət mərkəzindədir. Bu yaxınlarda “Azəriqaz” İstehsalat Birliyinin və KOBİA-nın nümayəndələri Şəmkir rayonunda fəaliyyət göstərən sahibkarlarla səmərəli müzakirələr aparıb və sahibkarları narahat edən məsələlərin əksəriyyəti yerindəcə operativ həllini tapıb.

KOBİA sədri Xəzər rayonunda da “KOB Dostu”nun fəaliyyət göstərdiyini və bugünkü görüşdə qaldırılan məsələlərin “KOB Dostu” tərəfindən diqqətdə saxlanılacağını və həllinə dəstək göstəriləcəyini, sahibkarların istixana təsərrüfatlarında fərdi görüşlərin keçiriləcəyini bildirib.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermer və sahibkarların məlumatlandırılacağı qeyd olunub.

Powered by Froala Editor