Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA-nın “Telegram” kanalı istifadəyə verildi 31.05.21
KOBİA-nın “Telegram” kanalı istifadəyə verildi



Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Telegram" kanalı fəaliyyətə başlayıb.


“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA” adlı rəsmi “Telegram" kanalında Agentliyin fəaliyyəti, sahibkarlara göstərdiyi dəstək və xidmətlər, o cümlədən “KOB Dostu” şəbəkəsi, KOB inkişaf mərkəzləri (KOBİM) və KOB evləri ilə bağlı yeniliklər, təşkil olunan təlimlər, müsabiqələr, elanlar və sahibkarlıq fəaliyyyəti ilə bağlı digər vacib xəbərlər paylaşılacaqdır. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcəkdir.


"Telegram" tətbiqini smart cihazlara yükləməklə https://t.me/smbgovaz kanalına abunə olmaq mümkündür.


Qeyd edək ki, KOBİA sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verir. Agentliyin “Telegram” kanalı ilə yanaşı, “Facebook”, “İnstagram”, “Linkedin” “Twitter” və “Youtube” sosial şəbəkələrində də səhifələri fəaliyyət göstərir.

Powered by Froala Editor