Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"AIM Congress"in Startap Yarışmasının Milli Turuna qeydiyyat başladı! 2024-cü ildə KOB-ların 41 layihəsinin maliyyələşdirilməsinə 714 min manat həcmində qrant ayrılıb Şabran sahibkarları ilə müzakirələr aparılıb İnnovativ startapların böyük hədəfləri KOB-ların fəaliyyətində yaşıl və rəqəmsal texnologiyaların tətbiqi təşviq ediləcək - Orxan Məmmədovla EKSKLÜZİV MÜSAHİBƏ Qobustan rayonunda sahibkarlarla görüş keçirilib İnsan İnkişafı Forumu keçirilib Qiymətli kağızlar bazarının inkişafı və bu sahədə KOB-lar üçün imkanlara dair ictimai müzakirə təşkil olunub KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb
KOBİA-nın tərəfdaşlığı ilə Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilib 28.10.20
KOBİA-nın tərəfdaşlığı ilə Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilib

Oktyabrın 28-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və “Education HUB”ın təşkilatçılığı ilə onlayn formatda Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilib.

Azərbaycanda ikinci dəfədir təşkil olunan forumun məqsədi sosial sahibkarlığın ölkənin sosial-iqtisadi inkişafında rolunu, dövlətin bir sıra məqsədlərinə nail olmaq üçün innovativ vasitə olduğunu diqqətə çatdırmaq və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.

Onlayn tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatları və sahibkarlar iştirak ediblər.

Forumda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, özünüməşğulluğun artırılması, həssas qrupların, o cümlədən aztəminatlı ailələrin, regionlarda yaşayan əhalinin, xüsusən də qadınların sosial biznesə cəlb olunması müsbət əhəmiyyət daşıyır və bu istiqamətlərdə Azərbaycanda da davamlı olaraq dövlət dəstəyi tədbirləri həyata keçirilir.KOBİA ölkəmizdə sosial sahibkarlığın inkişafını dəstəkləyir və sosial baxımdan həssas qruplarla bağlı ötən dövr ərzində başladığı layihələri uğurla davam etdirir. Agentlik sosial sahibkarlıq sahəsində əlavə dəstək və təşviq mexanizmlərini özündə birləşdirən qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial sahibkarlığın dəstəklənməsi və təşviqi, sosial sahibkarlarla birlikdə onların layihələrinin icrasında iştirak istiqamətlərində dəstəyini və iştirakını bundan sonra da davam etdirəcəkdir.

Forumda Orxan Məmmədov Ermənistanın sentyabrın 27-dən etibarən Azərbaycana qarşı hərbi təxribatı nəticəsində yaşayış məntəqələrinə ziyanın dəyməsi, mülki obyektlərin dağıdılması, mülki şəxslərin öldürülməsi və yüzlərlə vətəndaşımızın yaralanması barədə də məlumat verib. Bildirilib ki, Ermənistanın vandalizm aktları nəticəsində Azərbaycanın 9 şəhər və rayonu üzrə 250-dən çox sahibkarlıq subyektinə ziyan dəyib. Hazırda sahibkarlara dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür və sahibkarlara lazımi dəstək göstəriləcəkdir.

Onlayn tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, millət vəkili Müşviq Cəfərov və digərləri çıxış edərək sosial sahibkarlığın əhəmiyyəti, ölkəmizdə bu sahənin təşviqi ilə bağlı fikirlərini bildirib, xarici spikerlər sosial sahibkarlıq sahəsində təcrübələrini bölüşüb və müxtəlif ölkələrin sosial sahibkarlıq sahəsində qanunvericiliyi barədə məlumat verib, sosial biznesin yaradılması, sosial inkişaf üçün innovativ həllər və davamlı inkişaf üçün sektorlararası əməkdaşlıq müzakirə olunub, panel iclaslar keçirilib.

Powered by Froala Editor